İspaniya La Liqasında VIII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, “Barselona” doğma meydanda “Xetafe”ni qəbul edib.
Kataloniya təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək üç xalı aktivinə yazdırıb.
Madrid “Atletiko”su səfərdə “Alaves”lə üz-üzə gəlib. Paytaxt təmsilçisi gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.
Günün digər görüşündə “Rayo Valyekano” və “Atletik Bilbao” komandaları qarşılaşıblar. Matç azarkeşlərin törətdiyi insidentlər səbəbindən yarımçıq dayandırılıb. Həmin vaxt hesab 0:0 olub.



