İdman · Apasport.az

“Araz-Naxçıvan” Polşaya yollanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Araz-Naxçıvan” Polşaya yollanıb xəbəri üçün şəkil

“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək üçün Polşaya yollanıb.

Apasport.az xəbər verir ki, təmsilçimiz bu gün Bakı–İstanbul–Varşava marşrutu ilə səfərə çıxıb.

Komanda Varşava hava limanından oyunların keçiriləcəyi Qlivise şəhərinə avtobusla gedəcək.

Baş məşqçi Fərid Ələkbərov UEFA-ya təqdim olunan iştirak ərizəsinə 14 futzalçının adını daxil edib. Onlardan yalnız biri legioner, qalanları isə yerli oyunçulardır.

Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov.

Oyunçular: Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Nurlan Məmmədov, Ədalət Ələkbərov, Eldar Zeynalov, Ülvi Əliyev, İaqo Henrique, Tofiq Mikayılov, Rəvan Məşiyev, Oqtay Mahmudzadə.

Qeyd edək ki, “Araz-Naxçıvan” oktyabrın 27-də Macarıstanın “Uypeşt”, ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə qarşılaşacaq. Təmsilçimiz qrup mərhələsində son oyununu oktyabrın 30-da Polşanın “Piast” klubuna qarşı keçirəcək.

V qrupunun oyunları Qlivise şəhərindəki “Prezero Arena”da təşkil olunacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑