UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə “Vikinq”lə qarşılaşacaq
“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda IV turda səfərdə “Vikinq”lə ilə üz-üzə gələcək.
Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq.
Qeyd edək ki, "Sabah" 3 xalla turnir cədvəlinin 25-ci sırasındadır. Aktivində 1 xalı olan "Vikinq" isə 33-cü pillədə qərarlaşıb.
UEFA Çempionlar Liqası
IV tur
00:00. "Vikinq" (Norveç) – "Sabah"


