Asiya · APA

TDT-nin Baş katibinin səlahiyyət müddəti başa çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
TDT-nin Baş katibinin səlahiyyət müddəti başa çatıb xəbəri üçün şəkil

TDT-nin Baş katibinin səlahiyyət müddəti başa çatıb

3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü və Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömüraliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə tədbir keçirilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, tədbirdə çıxış edən K. Ömüraliyev fəaliyyəti dövründə Təşkilatın gündəliyinin genişləndirilməsi, institusional əsaslarının möhkəmləndirilməsi, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər görüldüyünü bildirib.

“Son dörd ildə təşkilatımızın gündəliyini genişləndirdik, institusional əsaslarını və üzv-müşahidəçi dövlətlər arasında əməkdaşlığı gücləndirdik. Yeni təşəbbüsləri həyata keçirdik, tərəfdaşlığımızı Arktikadan kənara genişləndirdik. Ən əsası isə ölkələrimiz və qurumlarımız arasında etimad və ortaq məqsəd formalaşdırdıq. Bu tərəqqiyə verdikləri siyasi dəstəyə görə dövlət başçılarına dərin minnətdarlığımı bildirirəm”, – Ömüraliyev qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑