Sahibkarlıq · APA

“Cahan Holdinq”in marketinq departamentinə yeni təyinat olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Cahan Holdinq”in marketinq departamentinə yeni təyinat olub xəbəri üçün şəkil

“Cahan Holdinq”in marketinq departamentinə yeni təyinat olub

“Cahan Holdinq”in marketinq departamentinə yeni rəhbər təyin edilib.

APA xəbər verir ki, bu vəzifəyə marketinq sahəsində uzun illər peşəkar təcrübəyə malik Müşviq İskəndərov təyin olunub.

Əmək fəaliyyətinə 2008-ci ildə başlayan Müşviq İskəndərov bu müddət ərzində müxtəlif tanınmış şirkət və qurumlarda marketinq istiqamətində rəhbər və məsul vəzifələrdə çalışıb. O, yeni təyinatından əvvəl “Cahan Holdinq”ə məxsus “ENNA”, “Cahan Sənaye Kompleksi ” və “Cahan İnşaat” müəssisələrində marketinq direktoru olaraq fəaliyyət göstərib. “ENNA” müəssisəsində Azərbaycanın “Cola”sı “BUZZ Cola” markasının marketinq hərəkətliliyi böyük marağa səbəb olub. “BE Group” brendinin sıfırdan yaradılmasında birbaşa olaraq iştirak edib. Marka innovativ marketinq addımları ilə ölkə usta sferasında özündən danışdıraraq yeni bir eranın başlanğıcına çevrilib. “Cahan İnşaat”ın “Tarixin mərkəzində” sloqanı altında təqdim etdiyi layihə də qısa müddətdə Naxçıvanda böyük marağa səbəb olub. Xatırladaq ki, “Cahan Holdinq” 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑