Dünya · Anews.az

Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb xəbəri üçün şəkil

Ukraynanın Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsinə Rusiya aviazərbələri nəticəsində azı 31 nəfər ölüb, 5 nəfər yaralanıb, təxminən 50 nəfər itkin düşüb.

Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Mixail Semikin bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu Komışuvaxaya azı doqquz aviazərbə endirib. Hücum yerli sakinlərin icmanın həyatdayanıqlığı mərkəzində humanitar yardım aldıqları vaxt həyata keçirilib.

Vilayətdə hücum qurbanlarının xatirəsinə noyabrın 3-dən 5-dək üçgünlük matəm elan edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑