Dünya · Anews.az

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir xəbəri üçün şəkil

Türkiyədə 15 yaşdan kiçik uşaqlara sosial şəbəkə xidmətlərinin göstərilməsini qadağan edən qaydalar noyabrın 1-dən qüvvəyə minəcək.

Müvafiq normativ akt “Resmi Gazete”də dərc olunub.

Qaydalara əsasən, sosial şəbəkə platformaları 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək. 15–18 yaş arası istifadəçilər üçün isə gücləndirilmiş təhlükəsizlik və məxfilik tədbirlərini əhatə edən xüsusi rejim yaradılmalıdır.

İstifadəçilərin yaşı “e-Devlet” sistemi vasitəsilə xüsusi identifikatorla təsdiqlənəcək. 15–18 yaş arası yeniyetmələrin hesabları standart olaraq qapalı olacaq. Onlar üçün canlı yayımlar, fərdiləşdirilmiş reklamlar və müəyyən məzmun tövsiyəsi mexanizmləri qadağan ediləcək.

Bundan əlavə, yeniyetmələrin profillərinin digər istifadəçilərə tövsiyə olunmasına da icazə verilməyəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑