Dünya · Anews.az

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər xəbəri üçün şəkil

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə iki terrorçu dəstəyə qarşı əməliyyat keçirib.Bu barədə ISNA xəbər verir.

İranın cənub-şərqində terrorçu qruplaşmalara qarşı kəşfiyyat tədbirləri çərçivəsində Saravan və İranşəhr bölgələrində iki dəstə aşkarlanıb və onların üzvləri həbs olunub.

Məlumata görə, dəstələr İranşəhr və Saravanda bir neçə terror aktı törətməyi planlaşdırıblar. Lakin kəşfiyyat orqanlarının qabaqlayıcı tədbirləri nəticəsində onların planlarının qarşısı alınıb.

Bildirilib ki, SEPAH-ın Quru Qoşunlarının Qüds Qərargahı xarici qüvvələrlə əlaqəli muzdlu qruplaşmalara qarşı əməliyyatları davam etdirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑