Cəmiyyət · Anews.az

Salyanda bir ailənin üç üzvü bıçaqlandı- Ana öldü - yenilənib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Salyanda bir ailənin üç üzvü bıçaqlandı- Ana öldü - yenilənib xəbəri üçün şəkil

Salyanda bir ailənin 3 üzvünün bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə  Salyan rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

14:21

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb. Bu barədə Apa məlumat yayıb.

Bildirilib ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası-1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.

Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑