Cəmiyyət · Anews.az

Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü xəbəri üçün şəkil

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə görüşüb.

Görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, İƏT Baş katibinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Bakı Görüşü korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün mühüm platforma kimi dəyərləndirilib.

Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb, təşkilata üzv olduğu 35 illik dövr ərzində ölkəmizin İƏT-in beynəlxalq nüfuzunun və institusional imkanlarının artırılmasına mühüm töhfələr verdiyi qeyd olunub.

İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl və prinsipial dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi və İƏT-ə sədrliyi ilə bağlı məsələlərə toxunulub, ölkəmizlə təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑