Oktyabrın 29-da Bakının Yasamal və Xətai rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə Yasamal, Xətai və Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində təmir işləri aparılacaq.
Yasamal rayonunda transformator məntəqəsində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Kazım Kazımzadə, Ümid Əkbərov və Vasif Əliyev küçələrində, həmçinin Hüseyn Cavid və İnşaatçılar prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xətai rayonunda transformator məntəqəsində aparılacaq təmir, yoxlama və sınaq işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Xocalı prospektinin, Sergey Senyuşkin və Yusif Səfərov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Abşeron RETSİ-nin ərazisində yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstansiyada aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək 35/6 kV-luq “Pirəkəşkül”, “Çaylı” və “Cəngi” yarımstansiyaları, eləcə də “Pirəkəşkül” yarımstansiyasından çıxan bir sıra 6 kV-luq hava xətləri gərginliksiz qalacaq. Bu müddətdə Çaylı, Cəngi və Təzəkənd kəndlərində də elektrik enerjisinin verilişi dayandırılacaq.
Qeyd olunub ki, işlər elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan yük tələbatını qarşılamaq məqsədi daşıyır.






