Cəmiyyət · Anews.az

Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb xəbəri üçün şəkil

Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər - 1986-cı il təvəllüdlü Gülay Abbasova, 2017-ci il təvəllüdlü İsa Nağıyev, 2004-cü il təvəllüdlü Sevinc Hacıyeva, 1985-ci il təvəllüdlü Gülnar Hacıyeva, 1982-ci il təvəllüdlü Namiq Hacıyev və 2003-cü il təvəllüdlü Cəmil Nağıyev xəsarət alıb.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑