Cəmiyyət · Anews.az

Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var xəbəri üçün şəkil

Ağcabədidə minik avtomobili ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə “Niva” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində baş verib.

Qəza zamanı “Niva”nın sürücüsü, 1998-ci il təvəllüdlü İslam Quliyev, eləcə də mikroavtobusun sərnişinləri – 1984-cü il təvəllüdlü Tural Həsənov, 1979-cu il təvəllüdlü Həbib Vəliyev və 1983-cü il təvəllüdlü Elmir Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti orta-ağır qiymətləndirilən İslam Quliyev Goranboy rayonunda yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑