Siyasət · Anews.az

KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər xəbəri üçün şəkil

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin başçıları noyabrın 11-də Moskvada keçiriləcək sammitdə Ermənistanın təşkilatda üzvlüyü ilə bağlı qərar qəbul edə bilərlər. Bu barədə KTMT-nin baş katibi Taalətbek Masadikov bildirib.

Onun sözlərinə görə, Ermənistanın təşkilatdan çıxması məsələsi gündəliyə daxil edilərsə, qarşıdan gələn iclasda müzakirə oluna bilər.

“Təklif adətən ya sədrlik edən ölkə, ya da Kollektiv Təhlükəsizlik Şurasının üzvü olan başqa bir dövlətin başçısı tərəfindən təqdim olunur”, - Masadikov qeyd edib.

Baş katib KTMT Nizamnaməsinin 25-ci maddəsinə də istinad edərək bildirib ki, üzvlük haqqı ödənilmədikdə və kvota yerləri doldurulmadıqda dövlət səsvermə hüququndan məhrum edilə bilər.

Masadikovun sözlərinə görə, Ermənistan təşkilatın müzakirələrində iştirak etmir. Bununla belə, ölkənin nümayəndəsi üzv dövlətlərin daimi nümayəndələrinin təmsil olunduğu KTMT Daimi Şurasının iclaslarına həftəlik qatılır.

“Ermənistan nümayəndəsi müzakirə etdiyimiz şeyləri, hansı qərarların qəbul edildiyini, eləcə də müzakirə olunan məsələləri və mümkün qərarları dinləyir və çox güman ki, bu barədə İrəvana məlumat verir”, - KTMT baş katibi bildirib.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası noyabrın 11-də Moskvada keçiriləcək.

Gülnar Nazimqızı 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑