Siyasət · Anews.az

Deputatlar və bələdiyyə sədrləri süni intellektlə yayılan yalan məlumatlara qarşı çıxış etməlidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Deputatlar və bələdiyyə sədrləri süni intellektlə yayılan yalan məlumatlara qarşı çıxış etməlidir xəbəri üçün şəkil

Sosial şəbəkələrdə və internet resurslarında süni intellektdən istifadə etməklə Azərbaycan haqqında yalan məlumatlar yayılır və deputatlar, bələdiyyə sədrləri bu məlumatlara qarşı vətəndaşlarla birbaşa ünsiyyətdə olmalıdırlar. Bunu  Milli Məclisin Regional məsələlər komitəsinin sədri bildirib.


O, deputatların ayda iki dəfə seçicilərlə görüşdüyünü, bələdiyyə sədrlərinin isə kəndlərdə, iri şəhərlərdə və Bakı qəsəbələrində sakinlərlə gündəlik ünsiyyətdə olduğunu deyib.


“Bu mesajların bilavasitə vətəndaşlara çatdırılmasında xüsusi rol oynayan insanlarıq”, - komitə sədri bildirib.

Onun sözlərinə görə, deputatlar və bələdiyyə rəhbərləri dövlətin siyasətini və Prezident İlham Əliyevin həyata keçirdiyi layihələri insanlara izah etməlidirlər.

Gülnar Nazimqızı 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑