Dünya · Anews.az

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb xəbəri üçün şəkil

İspaniyanın Toledo şəhərində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.Bu barədə İspaniya mediası məlumat yayıb.

Qəza nəticəsində 100-ə yaxın insan yaralanıb. Onlardan 53-ü xəstəxanada müalicə alır, 15 nəfərin vəziyyəti kritik qiymətləndirilir.

Xatırladaq ki, qatarların toqquşmasından sonra 64 nəfərin itkin düşdüyü bildirilmişdi.

Daha əvvəl ölənlər və xəsarət alanlar arasında Argentina, Yaponiya, Filippin, Cənubi Koreya və Çin vətəndaşlarının olduğu açıqlanıb.

Qəza oktyabrın 28-də “Renfe” və “Iryo” şirkətlərinə məxsus qatarların toqquşması nəticəsində baş verib. İspaniyanın nəqliyyat naziri Oskar Puente bildirib ki, faciə siqnalizasiya sistemindəki nasazlıq və dispetçer mərkəzinin hərəkəti bərpa etmək qərarından sonra baş verib.

Hadisə ilə əlaqədar oktyabrın 29-dan 31-dək ölkədə matəm elan edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑