İordaniya kralı II Abdullah ibn əl-Hüseyn noyabrın 5-6-da Qazaxıstana rəsmi səfər edəcək.Bunu Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov açıqlayıb.
Onun sözlərinə görə, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq. Yüksək səviyyəli danışıqlar zamanı tərəflər ticarət-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Bundan başqa, Tacikistan Prezidenti Emoməli Rəhmon noyabrın 5-7-də Qazaxıstanda rəsmi səfərdə olacaq. Görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri nəzərdən keçiriləcək.
Həmçinin noyabrın 6-da Astanada bir sıra dövlət başçılarının iştirakı ilə Akaba Prosesi sammiti keçiriləcək.



