İdman · Anews.az

Canni İnfantino Bakıda U-15 dünya çempionatının keçirildiyi kompleksi ziyarət edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Canni İnfantino Bakıda U-15 dünya çempionatının keçirildiyi kompleksi ziyarət edib xəbəri üçün şəkil

FIFA prezidenti Canni İnfantino, Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf Bakıda keçirilən U-15 dünya çempionatı və festivalının ilk günündə Hövsan Yarış Kompleksinə baş çəkiblər.

​Rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub və turnirin ilk qarşılaşmalarını izləyiblər. Yarışın ilk günündə sözügedən məkanda 92 matçın keçirilməsi nəzərdə tutulub.

​Tədbirlər proqramı bu axşam Bakı Kristal Zalında rəsmi açılış mərasimi və Azərbaycan milli komandasının Şərqi Timor yığması ilə oyunu ilə davam edəcək.

​İlk dəfə təşkil olunan və 189 ölkənin təmsil olunduğu FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-dək davam edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑