Dünya · Anews.az

14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib xəbəri üçün şəkil

İranın 14 vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan olunub və onların ölkə ərazisinə girişinə qadağa qoyulub.

APA xəbər verir ki, qərar həmin şəxslərin mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirməsi və düşmənçiliyi təşviq etməsi ilə əlaqədardır.

Məlumata görə, son dövrlərdə İran vətəndaşları və mediası tərəfindən Azərbaycanın dövlətinə, xalqına və rəhbərliyinə qarşı sərt ittihamların, təhqiramiz ifadələrin və qanunsuz çağırışların artdığı müşahidə olunur.

Bildirilib ki, müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər və media nümayəndələri Azərbaycanın suverenliyini, təhlükəsizliyini, dövlət-din münasibətlərini və idarəçilik sistemini hədəf alır, dini radikalizmi təşviq edir, dini nifrət və düşmənçiliyi qızışdırmağa, eləcə də hakimiyyəti zorla dəyişməyə çağırırlar.

Azərbaycana girişi qadağan edilən şəxslər bunlardır:

1. Ehsan Movəhhediyan – siyasi təhlilçi, ekspert, Tehran Əllamə Təbabtəbai Universitetinin müəllimi;

2. Əhməd Fərşbafiyan – Təbriz Universiteti nəzdində Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri;

3. Kamran Qəzənfəri – İran İslam Şurası Məclisinin deputatı;

4. Əlirza Beyqi – İran İslam Şurası Məclisinin keçmiş deputatı, siyasi şərhçi;

5. Əbülfəzl Zöhrəvənd – İran İslam Şurası Məclisinin deputatı;

6. Abbas Moqtədayi Xorasqani – İran İslam Şurası Məclisinin deputatı;

7. Əlirza Səlimi – İran İslam Şurası Məclisinin deputatı;

8. Hüseyn Şəriətmədari – “Keyhan” qəzetinin baş redaktoru;

9. Ayətullah Möhsün Əraki – Ekspertlər Məclisinin və Məsləhət Şurasının üzvü;

10. Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani – Qum Elmi Hövzəsinin Müəllifləri və Müəllimləri Cəmiyyətinin üzvü, Əimmeyi-Əthar Fiqh Mərkəzinin rəhbəri;

11. Əbdül Hüseyn Xosrov Pənah – İran Ali Mədəni İnqilab Şurasının katibi;

12. Hüccətül-islam Qulamrza Kavaşi – Təbriz İmam-cüməsinin ofisinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri;

13. Daryuş Səfərnejad – professor, siyasi ekspert;

14. Əhmədrza Musəvi – aktyor və teleaparıcı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑