Dünya · Ədalət

Zelenski Ərdoğandan kömək istədi - Putinlə görüşmək üçün

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Ərdoğandan kömək istədi - Putinlə görüşmək üçün xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Rusiya lideri Vladimir Putinlə görüşün təşkilinə yardım göstərməsini xahiş edib.

Adalet.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Zelenski Türkiyənin Ukrayna ilə bağlı danışıqlarda vasitəçi rolunu oynaya biləcəyini bildirib:

“İstanbul bu proses üçün praktik və real məkandır. Bilirəm ki, Prezident Ərdoğan Putinlə əlaqə saxlayır. Buna görə də Türkiyədə görüşün keçirilməsini dəstəkləyirik”.

Qeyd edək ki, daha əvvəl Ukrayna ilə bağlı mümkün danışıqlarda Avropanı Fransa, Almaniya və Böyük Britaniyanın təmsil edə biləcəyi barədə məlumat yayılmışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑