İdman · Ədalət

Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazandı xəbəri üçün şəkil

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Adalet.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" kollektivini qəbul edən Azərbaycan çempionu 2:0 hesablı qələbəyə sevinib.

İlk qolu 49-cu dəqiqədə Kahim Parris vurub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels adını tabloya yazdırıb.

Bu, "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində və ümumilikdə Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində ilk qələbəsi kimi tarixə düşüb.

Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də "Borussiya"ya (Dortmund, Almaniya) qarşı keçirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑