Dünya · Ədalət

Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu xəbəri üçün şəkil

İran Silahlı Qüvvələri düşməndən gələn hər hansı bir təhdidə coğrafi məhdudiyyətlərdən asılı olmayaraq, dərhal və təsirli cavab verməlidir. 

Adalet.az xəbər verir ki, bu barədə İranın Ali Lideri Müctəba Xamenei silahlı qüvvələrin yüksək rütbəli komandanları ilə görüşdə əmr verib.

Ali Rəhbərin ofisinin açıqlamasında deyilir: "İnqilabın Ali Rəhbəri istənilən səviyyədə və hər növ təhdidə coğrafi məhdudiyyətlər olmadan dərhal və effektiv cavab verilməli olduğuna qərar verib".

Xameneyi əlavə edib ki, ABŞ hərbi əməliyyatları bərpa edərsə, müharibənin bitməsinin vaxtı və şərtləri İran silahlı qüvvələri və İran xalqı tərəfindən müəyyən ediləcək.

Ali Rəhbər düşmənlərlə güclü mübarizə aparmaq üçün döyüş hazırlığını "maksimum çəkindirmə" şərti adlandırıb. 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑