Dünya · Ədalət

Putin və Uitkoff görüşdü - YENİLƏNİB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin və Uitkoff görüşdü - YENİLƏNİB xəbəri üçün şəkil

Sankt-Peterburqdakı Konstantin Sarayında Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başlayıb.

Adalet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin də görüşdə iştirak etdiyi bildirilir. 

***10:57

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffu qəbul edəcək.

Adalet.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib. 

Uşakov qeyd edib ki, görüş bu gün günün birinci yarısında baş tutacaq. O, söhbətin əsas mövzusunun Ukrayna münaqişəsi olacağını izah edib. 

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑