Dünya · Ədalət

Netanyahunun partiyası seçkilərdə liderdir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahunun partiyası seçkilərdə liderdir xəbəri üçün şəkil

İsrail seçkilərində Benyamin Netanyahunun Likud partiyası liderlik edir.

Adalet.az xəbər verir ki, bu barədə "exit-poll" nəticələrində deyilir. 

Məlumata görə, nə hakim koalisiya, nə də müxalifət bloku parlamentdə çoxluq qazana bilib.

Seçkilərdə seçici fəallığı rekord həddə çatıb. Səsvermənin başa çatmasına iki saat qalmış, yerli vaxtla saat 20:00-a olan məlumata əsasən, seçicilərin 74,3 faizi səs verib. Bu göstərici 2022-ci il parlament seçkilərində qeydə alınan 70,63 faizlik yekun fəallığı da üstələyib.

Seçkilərdə iştirak etmək üçün 36 partiya qeydiyyatdan keçib. Səsvermə hüququna malik olan israillilərin sayı 7,3 milyon nəfərdir.

Yekun nəticələrin noyabrın 4-dək rəsmi şəkildə dərc olunması gözlənilir. Bundan sonra İsrail Prezidenti İsaak Herzoq Knessetə seçilən partiyaların nümayəndələri ilə məsləhətləşmələr apararaq yeni hökumətin formalaşdırılması prosesinə başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑