Maraqlı · Ədalət

İt vergisindən 430 milyon qazanıblar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İt vergisindən 430 milyon qazanıblar xəbəri üçün şəkil

Almaniyada bələdiyyələrin it sahiblərindən topladığı vergi gəlirləri 2025-ci ildə 429,7 milyon avro təşkil edib. Son 10 ildə bu sahədə gəlirlər 33,4 faiz artıb.

Adalet.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (“Destatis”) məlumatına görə, 2024-cü ildə rekord 429,9 milyon avro it vergisi toplanıb.

2025-ci ildə isə göstərici cüzi azalmasına baxmayaraq, yüksək səviyyədə qalıb. 2015-ci ildə it vergisindən 322 milyon avro gəlir əldə edildiyi halda, ötən il bu rəqəm 429,7 milyon avroya yüksəlib.

Almaniyada it vergisinin məbləği və tətbiq qaydaları bələdiyyələr tərəfindən müəyyən edilir. Bir çox bölgədə vergi evdə saxlanılan itlərin sayına və cinsinə görə dəyişir.

İtini qeydiyyata almayan və ya vergini ödəməyən sahiblər cərimələnə bilərlər. “Destatis” qeyd edir ki, vergi gəlirlərinin artması yalnız itlərin sayının çoxalması ilə bağlı deyil, vergi dərəcələrinin yüksəldilməsi də buna təsir göstərir.

Araşdırmalara görə, xüsusilə COVID-19 pandemiyası dövründə Almaniyada ev heyvanları saxlayanların sayı artıb. 2025-ci ildə ölkədə ev təsərrüfatlarında saxlanılan itlərin sayı 10 milyona çatıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑