Dünya · Ədalət

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib xəbəri üçün şəkil

Husilər Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinə, Yanbu şəhərindəki Aramco şirkətinə və iki hava limanına hücum etdiklərini iddia edirlər.

Adalet.az xəbər verir ki, bu barədə "Al Jazeera" nəşri yazıb. 

Yəmənli husilər Səudiyyə Ərəbistanının Ər-Riyaddakı Müdafiə Nazirliyinə, Yanbudakı "Saudi Aramco" obyektlərinə, Abha Beynəlxalq Hava Limanına və Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına hücumlar təşkil edib. Səudiyyə Ərəbistanı hakimiyyəti iki nəfərin öldüyünü qeyd edib. 

Husilərin hərbi sözçüsü Yəhya Sari əlavə edib ki, hücumlar son 48 saat ərzində həyata keçirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑