Yaşayış xərclərinin yüksək olmasına və ictimai xidmətlərə qarşı etirazların zorakılığa çevrilməsindən sonra Fransa hökuməti tədbir görüb. Yeni nümayişlərdən əvvəl geniş təhlükəsizlik tədbirləri görüləcək və hərbi hissələr yerləşdiriləcək.
Adalet.az xəbər verir ki, 17 oktyabrda başlayan və Paris, Marsel və Lion da daxil olmaqla bir çox şəhərə yayılan etirazlardan sonra hökumət yeni nümayişlərə qarşı təhlükəsizlik tədbirlərini artırmaq qərarına gəlib.
Baş nazir Sebastyan Lekornu 24 oktyabr şənbə günü keçirilməsi planlaşdırılan etirazlardan əvvəl genişmiqyaslı təhlükəsizlik əməliyyatının həyata keçiriləcəyini açıqlayıb. Parlamentdə çıxış edən Lekornu prioritetlərinin ictimai asayişi bərpa etmək olduğunu bildirib
Daxili işlər naziri Loran Nunyes yeni etirazlar zamanı polisə dəstək olmaq üçün hərbçilərin də bu işə cəlb ediləcəyini açıqlayıb. Hökumətin bu qərarı ötən həftə sonu baş verən zorakılıq və talanlardan sonra təhlükəsizlik qüvvələrinin yetərli olmadığı ilə bağlı artan tənqidlərdən sonra verilib.
Vasif ƏLİHÜSEYN




