Siyasət · Ədalət

Azərbaycan Cənubi Qafqazı döyüş məkanından əməkdaşlıq məkanına çevirib - Hikmət Hacıyev

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Cənubi Qafqazı döyüş məkanından əməkdaşlıq məkanına çevirib - Hikmət Hacıyev xəbəri üçün şəkil

Azərbaycan Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan bütün tərəflər üçün əməkdaşlıq məkanına çevirib.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşımda qeyd edib.

O, amerikalı professor Ceffri Saksla Bakıda keçirdiyi görüşdən bəhs edərək Azərbaycanın müstəqilliyinin 35 ilinin 34 ilini müharibə şəraitində keçirdikdən sonra Xəzər dənizindən Avropaya yaşıl dəhliz qurduğunu və ölkənin öz hekayəsini yenidən yazdığını bildirib.

Hikmət Hacıyev Ermənistanla sülh, Xəzərin dərinliklərindəki 800 giqavatlıq külək enerjisi potensialı və COP29 barədə də fikirlərini bölüşüb. Paylaşımda Ceffri Saksın sülh və süni intellektlə bağlı papanın ensiklopedik məktubunu təqdim etdiyi qeyd olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑