Dünya · Ədalət

ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı xəbəri üçün şəkil

ABŞ bir neçə Körfəz ərəb ölkəsinə 3 noyabr aralıq seçkilərindən sonra İrana qarşı “qısa və şiddətli hərbi kampaniya”ya hazırlaşmaq barədə xəbərdarlıq edib.

Adalet.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, ABŞ və İsrail İranı zəiflətmək və danışıqlara məcbur etmək məqsədilə yeni hərbi əməliyyatlara hazırlaşır. ABŞ ordusunun “Patriot” raketdən müdafiə sistemini Texasdan regiona köçürdüyü, sursat ehtiyatlarını artırdığı və qoşunları riskli mövqelərdəki bazalardan çıxardığı bildirilir. Gələn ay Yaxın Şərqdəki ABŞ qüvvələrinə əlavə təyyarədaşıyıcı zərbə qrupu və Dəniz Piyadaları bölməsinin qoşulması gözlənilir.

Mənbələrin məlumatına görə, Prezident Donald Tramp hələ yekun qərar verməyib, lakin İranın infrastrukturu və nüvə obyektlərinə zərbələri nəzərdə tutan genişmiqyaslı hücum variantına daha çox meyllidir.

Ağ Ev hərbi planlarla bağlı şərh verməsə də, Trampın İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün variantları nəzərdən keçirdiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑