İdman · Yeni Sabah

“Mançester Siti” qalmaqalı diplomatik böhrana səbəb oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Mançester Siti” qalmaqalı diplomatik böhrana səbəb oldu xəbəri üçün şəkil

Birləşmiş Ərəb Əmirlikləri  "Mançester Siti"inin Maliyyə Ədalətli Oyunu (FFP) qaydalarını pozması əsası ilə ağır sanksiyalara məruz qalacağı təqdirdə, Böyük Britaniyadakı strateji investisiyalarını dayandırmaqla hədələyib.

“Yeni Sabah” xəbər verir ki, müstəqil komissiya iddiaların böyük hissəsi üzrə təqsirli bilinən "şəhərlilər" xalların silinməsi, hətta Premyer Liqadan kənarlaşdırılma riski ilə üz-üzədir.

Əbu-Dabi rəsmiləri London rəhbərliyinə xəbərdarlıq edərək, mühafizəkar və müdafiə daxil olmaqla müxtəlif sektorlara yatırılan milyardlarla funt-sterlinqlik layihələrin dondurula biləcəyini diqqətə çatdırıblar. pizza hut

Futboldakı maliyyə intizamı məsələsinin iki ölkə arasında kəskin diplomatik gərginliyə çevrilməsi Böyük Britaniyada böyük rezonans doğurub. "Mançester Siti" rəhbərliyi isə qərardan rəsmi olaraq apellyasiya şikayəti verdiyini elan edib.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑