Son xəbərlər · Yeni Sabah

3 min illik mumiyalardan gələn TƏƏCCÜBLÜ QOXU: Şirin və ədviyyatlı...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
3 min illik mumiyalardan gələn TƏƏCCÜBLÜ QOXU: Şirin və ədviyyatlı... xəbəri üçün şəkil

Alimlərin son tədqiqatları göstərir ki, mumiyalama prosesində istifadə olunan təbii qatranlar və bitki yağları təkcə cəsədi qorumaqla qalmayıb, həm də min illər keçməsinə baxmayaraq, özünəməxsus qədim qoxunun günümüzə qə

Alimlərin son tədqiqatları göstərir ki, mumiyalama prosesində istifadə olunan təbii qatranlar və bitki yağları təkcə cəsədi qorumaqla qalmayıb, həm də min illər keçməsinə baxmayaraq, özünəməxsus qədim qoxunun günümüzə qədər gəlib çıxmasına səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, Qahirədəki Misir Muzeyində aparılan son araşdırmalar mumiyalanmış cəsədlərin pis qoxmadığını təsdiqləyib. Tədqiqatçıların sözlərinə görə, mumiyalardan gələn qoxular şirintəhər və ədviyyatlı ətirləri xatırladır. Həmin mumiyaların 3000 illik yaşını nəzərə alsaq, bu, kifayət qədər yüksək nəticə hesab olunur.

Mütəxəssislərin və elmi cihazların birgə analizi göstərir ki, kəskin qoxular yalnız cəsədləri qorumaq üçün istifadə edilən yağ, balzam və qətranlardan qaynaqlanır. pizza hut

Müasir laboratoriya təcrübələri göstərir ki, qədim misirlilərin istifadə etdiyi qatranların tərkibində vanilə bənzər maddələr mövcuddur. Həmin maddələr zaman keçdikcə parçalansa da, mikroorqanizmlərin təsirindən qorunduğu üçün qoxunun bəzi komponentləri hələ də aşkar edilə bilir.

Hətta bəzi muzeylərdə xüsusi şüşə vitrinlərdə saxlanılan qədim mumiyalama materiallarının qoxusu yaxınlaşdıqda zəif də olsa hiss olunur.\Modern.az


Telegram kanalımız

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑