Səhiyyə · Yeni Sabah

Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər xəbəri üçün şəkil

Gəncədə bacı-qardaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. \

Gəncədə bacı-qardaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.

1998-ci il təvəllüdlü T.Əliyev və onun 1996-cı il təvəllüdlü bacısı Ə.Əliyeva əl və üz nahiyələrinin yanığı diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. pizza

İlkin məlumata görə, onlar kimyəvi maddədən yanıq xəsarətləri alıblar.

Hazırda hər iki şəxsin müalicəsi davam etdirilir, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Xəbəri paylaş

Bu saytda oxunma: 1

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑