İqtisadiyyat · Yeni Sabah

Avropada bu ilin yayında rekord istilər qeydə alındı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropada bu ilin yayında rekord istilər qeydə alındı xəbəri üçün şəkil

Avropada bu ilin yayında rekord istilər və quraqlıq qeydə alınıb. “Yeni Sabah” xəbər verir ki, Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, iyun-avqust ayları Avropada tarixdə ən isti üçün

Avropada bu ilin yayında rekord istilər və quraqlıq qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, iyun-avqust ayları Avropada tarixdə ən isti üçüncü, Qərbi Avropada isə ən isti yay olub.

Güclü temperatur stresinə məruz qalan ərazilərin payı 52 faizə çataraq rekord səviyyəyə yüksəlib. Qərbi Avropada orta temperatur 21,7 dərəcə olub və 2003-cü ilin rekordu yenilənib. Toyuqlu pizza

Uzunmüddətli quraqlıq çaylara da təsir edib. Reyn, Dunay, Po, Luara, Rona və Sena çaylarında iyul və avqust aylarında rekord və ya rekord həddə yaxın aşağı su səviyyəsi qeydə alınıb.

Quraqlıq yükdaşımalarına, suvarmaya, hidroelektrik enerjinin istehsalına və içməli su təminatına təzyiqi artırıb. Sentyabrın 2-nə olan məlumata görə, meşə yanğınlarından zərər görən ərazilərin sahəsi də əvvəlki illərin orta göstəricisindən təxminən iki dəfə çox olub.

Aydan Hacı 


Telegram kanalımız

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑