Son xəbərlər · Yeni Sabah

Moskvadan Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskvadan Kiyevdəki xarici diplomatlara  XƏBƏRDARLIQ xəbəri üçün şəkil

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. \

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib.

Xarici İşlər Nazirliyi (XİN) 2026-cı ilin may ayında Kiyevi tərk etmək barədə verdiyi tövsiyələri, eləcə də Qərb ölkələrinin öz vətəndaşlarına Ukraynaya səfər etməmək barədə tövsiyələrini xatırladıb. Pepperoni pizza

"Heç də hər kəs bu xəbərdarlıqlara qulaq asmayıb və şüurlu şəkildə öz həyatlarını ölümcül təhlükəyə atırlar. Kiyevdə bir çox səfirliklər fəaliyyət göstərir, xarici rəsmilər Ukraynaya səfər edirlər", - deyə XİN qeyd edib.

Rəsmi Moskva vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri "kütləvi qisas zərbələri" endirməyə davam edəcək. "Mümkün mənfi nəticələrə görə məsuliyyət bütünlüklə xəbərdarlığı qulaqardına vuranların üzərinə düşür", - deyə məlumatda bildirilib.

Mayın 25-də Rusiya Xarici İşlər Nazirliyi silahlı qüvvələrin Ukrayna Silahlı Qüvvələrinin PUA istehsalı və proqramlaşdırılması obyektlərinə, eləcə də Kiyevdəki "qərar qəbuletmə mərkəzləri"nə və komanda məntəqələrinə zərbə endirmək planlarını elan edib. Nazirlik bunu Ukrayna Silahlı Qüvvələrinin Luqanskın Starobelskoe şəhərindəki kollec və yataqxanaya zərbəsinə cavab adlandırıb. O zaman Rusiya Xarici İşlər Nazirliyi xarici ölkələri öz diplomatlarını Kiyevdən təxliyə etməyə çağırıb. Aİ bu çağırışa diplomatik personalını təxliyə etməkdən imtina ilə cavab verib.


Telegram kanalımız

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑