Rəsmi xəbər · Yeni Sabah

Bu sahədə çalışanların diqqətinə - Yeni qaydalar!

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu sahədə çalışanların diqqətinə -  Yeni qaydalar! xəbəri üçün şəkil

Hakimlərin etik davranış qaydalarını müəyyən edən yeni Kodeks qəbul edilib. Sənəddə hakimlərin peşə fəaliyyəti, ictimai davranışı, media və sosial şəbəkələrlə münasibətləri, eləcə də digər etik məsələlərlə bağlı tələblər əksini tapıb.

“Yeni Sabah” xəbər verir ki, Məhkəmə-Hüquq Şurası tərəfindən dövrün tələblərinə uyğun olaraq yeni redaksiyada qəbul edilən “Hakimlərin Etik Davranış Kodeksi” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini müəyyən edir, onların peşəkar etikası, işdənkənar davranışı və peşə fəaliyyətinə münasibətini tənzimləyir. Sənədin əsas məqsədi hakimlərin yüksək peşə və etik davranış standartlarına riayət etməsini təmin etmək, məhkəmə hakimiyyətinin nüfuzunu möhkəmləndirmək və cəmiyyətdə məhkəmələrə ictimai etimadı qorumaqdır. pizza

Yeni Kodeksdə hakimin müstəqilliyi, qərəzsizliyi və obyektivliyi, qanun və məhkəmə qarşısında bərabərliyin təmin edilməsi, vicdanlılıq və dürüstlük, ictimai davranış və sosial məsuliyyətlilik, media və sosial şəbəkələrlə münasibətlər, əmək və icra intizamı, həmçinin hakimlər arasında peşə həmrəyliyi ilə bağlı məsələlər yer alıb.

Bundan əlavə, etik davranış qaydaları ilə bağlı maarifləndirmə aparılması və mübahisələrin həlli məqsədilə Etik Davranış üzrə Etika Komissiyasının yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, yeni Kodeksin qəbul edilməsi ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının 2007-ci il 22 iyun tarixli qərarı ilə təsdiq edilmiş əvvəlki “Hakimlərin Etik Davranış Kodeksi” qüvvədən düşüb.

Aytac Əliyeva


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑