Siyasət · Yeni Sabah

Ərdoğandan Ankarada TARİXİ MESAJ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğandan Ankarada  TARİXİ MESAJ xəbəri üçün şəkil

"Qarşıdakı dövrü Türk əsri elan edəcəyik".

"Yeni Sabah" "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 29-da Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü münasibətilə Beştəpədə keçirilən rəsmi şam yeməyində çıxışı zamanı deyib.

Ərdoğan TDT-yə üzv və qardaş ölkələrin nümayəndələri ilə birlikdə qeyd etməkdən məmnunluğunu ifadə edib. Dominos pizza

O, çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmana, eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova və nümayəndə heyətlərinə təşəkkür edib.

Ərdoğanın sözlərinə görə, 86 milyon insanın ortaq əsəri və ümumi damı olan Türkiyə bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə uğur qazanmağa davam edir.

"Qarşıdakı dövrü Türk əsri elan edəcəyik. Hədəflərimizlə aramıza girməyə çalışanları zərərsizləşdirməkdə eyni qətiyyəti nümayiş etdirəcəyik", - deyə Türkiyə prezidenti bildirib./Oxu.az


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑