Dünya · Yeni Çağ

Pakistan: İran-ABŞ danışıqlarında nikbinlik var - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pakistan: İran-ABŞ danışıqlarında nikbinlik var - Yeni Çağ xəbəri üçün şəkil

Pakistan ordusunun sözçüsü, general-leytenant Əhməd Şərif Çaudri İran və ABŞ arasında münaqişənin dayandırılması istiqamətində aparılan vasitəçilik səyləri ilə bağlı “ehtiyatlı nikbinlik” nümayiş etdirdiklərini bildirib.

Yenicag.az xəbər verir ki, o, Pakistan ordusunun komandanı Asim Munirin bu ay Tehrana iki dəfə səfər etməsini müsbət irəliləyişin göstəricisi kimi qiymətləndirib.

Çaudri münaqişənin davam etməsində maraqlı olan qüvvələrin mövcudluğunu da vurğulayıb, lakin onların adlarını açıqlamayıb.

Qeyd edək ki, Asim Munir sonuncu dəfə bazar ertəsi Səudiyyə Ərəbistanı və Türkiyə rəsmiləri ilə birlikdə Tehrana səfər edib.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑