Gündəm · Yeni Çağ

CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizləndi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizləndi - Yeni Çağ xəbəri üçün şəkil

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran mətbuatının kommersiya gəmilərinin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə məlumatlarını təkzib edib.

Yenicag.az xəbər verir ki, bu barədə CENTCOM-un “X” sosial şəbəkəsindəki hesabında edilən paylaşımda qeyd olunub.

“Hörmüz boğazından keçmək üçün bütün əsas, beynəlxalq səviyyədə tanınmış marşrutlar Amerika qüvvələri tərəfindən dəniz minalarından təmizlənib və təmizdir”, – məlumatda bildirilib.

İran mətbuatında kommersiya gəmilərinin Hörmüzdə dəniz minalarına düşərək partlaması ilə bağlı iddialar yalan adlandırılıb.

CENTCOM-dan həmçinin bildirilib ki, minlərlə kommersiya gəmisi bu marşrutlardan təhlükəsiz şəkildə keçib və onlardan istifadəyə davam edir.

Daha əvvəl İran xəbər agentlikləri İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadla gəmilərin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə dəfələrlə məlumat yayıb. Bununla yanaşı, gəmilərlə bağlı insidentlərə dair hesabatlar dərc edən Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) bir sıra hallarda belə gəmilərin naməlum mərmilərlə vurulduğunu bildirmişdi.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑