Dünya · Yeni Çağ

Britaniyada etirazçılar ABŞ bazasının girişini bağladılar - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Britaniyada etirazçılar ABŞ bazasının girişini bağladılar - Yeni Çağ xəbəri üçün şəkil

Bir qrup etirazçı Böyük Britaniyada ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Leykenhit aviabazasının əsas girişini bağlayıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ictimai asayişi pozma və digər hüquqpozmalar törətmə şübhəsi ilə həbslər həyata keçirirlər.

“Qanlı müharibələrə son” (No More Bloody Wars) etiraz qrupunun məlumatına görə, aksiya ABŞ-nin iştirak etdiyi “qanunsuz müharibələrə” qarşı yönəlib və sabah keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərlə əlaqələndirilib.

Aksiyanın on iştirakçısı bazanın əsas girişində özlərini avtomobilə və bir-birinə bağlamaq üçün xüsusi möhkəm qıfıllardan istifadə ediblər.

Etirazçılar Britaniya hökumətini ölkə ərazisindəki ABŞ hərbi bazalarını bağlamağa çağırıb, Londonun Yaxın Şərqdəki münaqişələrə dəstəyini dayandırmasının vacibliyini vurğulayıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑