Belçikanın səfiri Mişel Jerebtsoff Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya XİN-dən bildirilib ki, Moskva bu ölkə rəhbərliyinin Avropaya qarşı hərbi təhdidlər barədə iddialarını rədd edib.
“Moskva Brüsseli anti-Rusiya ritorikasının kəskinliyini azaltmağa çağırıb”, – XİN-dən qeyd olunub.




