Dünya · Yeni Çağ

ABŞ-də neft ehtiyatları kəskin azaldı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də neft ehtiyatları kəskin azaldı - Yeni Çağ xəbəri üçün şəkil

Oktyabrın 9-na olan vəziyyətə görə ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 8,6 milyon barel azalaraq 415,6 milyon barel təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, ehtiyatların hazırkı həcmi ilin bu vaxtı üçün son beş ilin orta göstəricisindən 3 % aşağıdır.

Məlumatların dərci fonunda neft qiymətləri artım nümayiş etdirib. Bakı vaxtı ilə saat 20:25-ə olan vəziyyətə görə, Londonun ICE birjasında “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,11 % artaraq bir barel üçün 106,18 dollara çatıb.

WTI markalı neftin noyabr fyuçersləri 3,37 % bahalaşaraq bir barel üçün 98,29 dollara çatıb.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑