Sumqayıtda şagirdlər arasında kütləvi zəhərlənmə olub. xeyli şagird xəstəxanaya yerləşdirilib.Xezerxeber.az xəbər verir ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılan uşaqlara ilkin tibbi yardım g...
Sumqayıtda şagirdlər arasında kütləvi zəhərlənmə olub. xeyli şagird xəstəxanaya yerləşdirilib.
Xezerxeber.az xəbər verir ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılan uşaqlara ilkin tibbi yardım göstərilib. Mədələri yuyulub və məktəb rəhbəriliyininə eləcə də valideynlərə məlumat verilib.
Sumqayıt Tibb Mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki, bu gün saat 10:20 radələrindən başlayaraq 21 nəfər zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Xəbəri paylaş
Bu saytda oxunma: 2
Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.