İllərdir hazır olsa da, Bakıda bu binada bir nəfər belə yaşamır... Hər tərəf təmir olunub, yaşanılacaq vəziyyətə gətirilib, amma yaşayış yoxdur...
Xezerxeber.az xəbər verir ki, məlumata görə, bu illər ərzində binadan mənzillər satışa çıxarılmayıb. Ətrafda yaşayan hər kəsin marağına səbəb olan bina haqqında müxtəlif fikirlər səsləndirilir.
Maraqlısı isə budur ki, binada yaşayış olmasa da, aşağı mərtəbələrində müxtəlif obyektlər fəaliyyət göstərir.
Sosial şəbəkələrdə yayılan iddialarda binanın konstruksiyasında problem olduğu üçün mənzillərin satışa çıxarılmadığı da bildirilir. Bu və digər suallara aydınlıq gətirmək üçün dövlət qurumlarına müraciət etdik.
Fövqaladə Hallar Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasına Nazirliyin Titikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin tərəfindən istismara hazırlıq aktı verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
