Bakı - Tbilisiyə gedən qatarlara həm daha ucuz bilet əldə etmək mümkün olacaq, həm də günün hansı saatında səyahət etmək istədiklərinə artıq sərnişinlər özləri qərar verə biləcəklər: Xezerxeber.az ...
Bakı - Tbilisiyə gedən qatarlara həm daha ucuz bilet əldə etmək mümkün olacaq, həm də günün hansı saatında səyahət etmək istədiklərinə artıq sərnişinlər özləri qərar verə biləcəklər:
Xezerxeber.az xəbər verir ki, gələn ayın ilk günündən bu marşrut üzrə reyslərin sayı artırılacaq. Hər iki istiqamətdə gündüz reysləri təyin edilir.
Hazırda Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77 manat 50 qəpik, Gəncədən isə 56 manat 80 qəpikdir. Bu yenilikdən sonra marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 manat olacaq. Əlavə reyslərə bilet satışına bu gündən start verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.