Dünya · Trend.az

Vanuatuda iki zəlzələ sunami xəbərdarlığına səbəb olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vanuatuda iki zəlzələ sunami xəbərdarlığına səbəb olub xəbəri üçün şəkil

Bakı. Trend:

Sakit okeanda yerləşən Vanuatu arxipelaqının sahilləri yaxınlığında bu gün 6,9 və 6,3 maqnitudalı iki zəlzələ baş verib.

Bu barədə Sunami Monitorinq Mərkəzi məlumat verib.

ABŞ Geoloji Xidməti əvvəlcə 7,2 maqnitudalı zəlzələ qeydə alındığını bildirsə də, sonradan arxipelaqı əhatə edən sularda dayaz dərinlikdə 6,9 və 6,3 maqnitudalı iki zəlzələnin baş verdiyini açıqlayıb.

ABŞ-nin Havay ştatında yerləşən Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi bildirib: “Zəlzələnin ilkin parametrlərinə əsasən, episentrdən 300 kilometr radiusda yerləşən sahil ərazilərində təhlükəli sunami dalğalarının yaranması mümkündür”.

Təxminən 320 min əhalisi olan Vanuatu arxipelaqında zəlzələlər tez-tez baş verir. Dəniz səviyyəsinə yaxın yerləşən arxipelaq güclü tektonik aktivlik zonası olan “Sakit okean Odlu halqası”nın üzərində yerləşir.

2024-cü il dekabrın 17-də Vanuatuda baş verən 7,3 maqnitudalı güclü zəlzələ paytaxt Port-Vilanın yollarına və binalarına ciddi ziyan vurub, azı 14 nəfərin ölümünə səbəb olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑