Bakı. Trend:
İran Prezidenti Məsud Pezeşkian Qaz İxrac edən Ölkələr Forumunun səkkizinci sammitində iştirak etmək üçün Moskvaya gəlib.
Bu barədə İran Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində Pezeşkian sammitdə çıxış edəcək, həmçinin Rusiya Prezidenti Vladimir Putin və tədbirdə iştirak edən bir sıra digər liderlərlə görüşəcək.
Tərəflərin ticarət-iqtisadi əməkdaşlığın inkişafını müzakirə edəcəkləri gözlənilir.





