Dünya · Trend.az

İtaliya bir ilə yaxındır Ukraynaya hərbi yardım göndərmir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İtaliya bir ilə yaxındır Ukraynaya hərbi yardım göndərmir xəbəri üçün şəkil

Bakı.Trend:

İtaliya 2025-ci ilin dekabrından etibarən Ukraynaya hərbi yardım göndərməyib. Yeni yardım paketi hazırdır, lakin onun göndərilməsi dondurulub.

Bu barədə "la Repubblica" yazır.

Kiyevin "Aster 30" raketlərinə ehtiyacı var. Onları yalnız Roma və Paris tədarük edə bilər. İtaliyanın Baş naziri Corcia Meloni artıq bir neçə aydır ki, İtaliyanın Ukraynanın tərəfində qalacağını bəyan edir. Lakin məqalədə bildirilir ki, hava hücumundan müdafiə sistemlərinin göndərilməsi hələ də təsdiqini gözləyir.

"Il Messaggero" qəzeti daha əvvəl yazmışdı ki, Kiyevin dəstəklənməsi məsələsində fikir ayrılıqları səbəbindən İtaliya hökumətində parçalanma baş verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑