Bakı. Trend:
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində naməlum silahlı qruplaşmanın hücumu nəticəsində İran Ordusu Quru Qoşunlarının 377-ci mobil hücum briqadasının baş leytenantı öldürülüb.
İranın Sistan və Bəluçestan vilayəti polisinin yayımladığı məlumata görə, silahlı insidentdə ordunun daha bir hərbçisi yaralanıb.
Bildirilir ki, silahlı insidentdə yaraqlılardan biri öldürülüb və biri yaralandıqdan sonra qaçıb.
Silahlı qruplaşma üzvlərinin saxlanılması üçün polisin əməliyyatı davam etdirdiyi bildirilir.



