Dünya · Trend.az

İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edib xəbəri üçün şəkil

Bakı. Trend:

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi çərşənbə günü (14 oktyabr) Azərbaycana səfər edib.

İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində iranlı rəsmi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak edəcək.

İranlı rəsminin Azərbaycana səfəri iki günlük planlaşdırılır.

Qeyd edək ki, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) VII sammiti keçiriləcək.

Xatırladaq ki, 12 oktyabrda İranın daxili işlər naziri İsgəndər Momeni Azərbayana səfər edib. Səfərdə iranlı naziri İranın Fövqəladə Hallar Təşkilatının sədri Hüseyn Sacediniya, Ərdəbil valisi Məsud İmami Yeganə, Gilan vilayəti Hadi Haqşenas, Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin üzvü Yaqub Rezazadə, daxili işlər nazirinin müşaviri Həmid Xacenejad və daxili işlər nazirinin müşaviri Mehdi Cavahiri müşayiət edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑