Dünya · Trend.az

Hörmüzdə bir neçə gəmi dəniz minasına düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüzdə bir neçə gəmi dəniz minasına düşüb xəbəri üçün şəkil

Bakı.Trend:

Hörmüz boğazının cənub hissəsində bir neçə tanker dəniz minalarına düşüb.

Bu barədə İranın "Fars" xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, ərazidə “qayda pozan” tankerlərin orada yerləşdirilmiş dəniz minalarına toxunmasından sonra bir neçə güclü partlayış baş verib.

Zədələnmiş gəmilərin sayı və mümkün xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑